“Qızı ilə yatdığıma görə məni oynatmırdı” – FOTO
Hazırda "Kristal Palas"da çıxış edən Vilfrid Zaha "Mançester Yunayted"də oynadığı dövrlər heyətə düşə bilməməsinin səbəbini açıqlayıb.
1news.az-ın Fanat.az-a istinadən verdiyi xəbərə görə, afrikalı futbolçu bunu həmin vaxt komandanın baş məşçisi olan David Moyesin qızı ilə münasibətləri ilə əlaqələndirib.
Futbolçu bildirib ki, Moyesin qızı ilə yatdığı üçün baş məşqçi onu heyətə salmırmış: "Klubda heç kim məsələnin nə cür olduğunu anlamaq istəmirdi. Bu iblislərlə tək özüm mübarizə aparmalı idim.
19 yaşım var idi və Mançester şəhərində tək yaşayırdım. Digər futbolçulara maşın verilmişdi, mənə vermədilər. Bütün bunlar məni daha da güclü edirdi".
1news.az
6138