Azərbaycanlı futbolçunun toyundan FOTOLAR
“Foto+” verilişinin yeni mövsümə olan növbəti buraxılışı efirə gedib.
1news.az-ın Axşam.az-a istinadla verdiyi xəbərə görə, verilişin qonaqları futbolçu qardaşlar, “Neftçi”nin forvardı Mirabdulla və “Zirə”nin yarımmüdafiəçisi Mirsahib Abbasovlar olub. Eyni peşə sahibi olsalar da, qardaşlar xasiyyətcə bir-birindən fərqlənirlər.
Verilişdə Mirabdulla yeni döyməsini nümayiş etdirib və “bu sayca mənim üçüncü döyməmdir. Eskizi də mənə məxsusdur. Bundan əlavə mahnı oxuyub rəqs etməyi sevirəm. Geyimə gəldikdə isə uşaq vaxtı qardaşımın paltarlarını geynirdim. İndi isə özüm seçirəm” deyib.
Nisbətən sakit təbiətli olduğunu söyləyən Mirsahib isə nikahından söz açıb:
“Toyum onunla seçilir ki, məclis ailə arasında baş tutub. Adətən bizim toylarda 300-400 nəfər adam olur. Biz də isə qonaq sayı az olub. Evləndiyim xanımı 5 ilə yaxındır tanıyıram. Ona görə düşünmürəm ki, həyatımızda dəyişiklik olar”.
Qeyd edək ki, verilişin aparıcısı və fotoların müəllifi Sadiq Quliyevdir.
S.Xankişiyeva