Fazil Məmmədov istefa verdi | 1news.az | Xəbərlər
İdman

Fazil Məmmədov istefa verdi

16:14 - 02 / 10 / 2018
Fazil Məmmədov istefa verdi

Fazil Məmmədov Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti vəzifəsindən ayrılıb. 

1news.az xəbər verir ki, bu barədə oxu.az-a federasiyadan məlumat verilib.  Məlumata görə, F.Məmmədov səhhəti ilə əlaqədar olaraq may ayında istefa ərizəsi yazıb. Ancaq onun ərizəsi yaxın günlərdə qəbul edilib.

Prezident əvəzi isə I vitse-prezident vəzifəsində çalışan Namiq Əliyevdir.

Qeyd edək ki, sabiq vergilər naziri olan Fazil Məmmədov 2007-ci ildən Azərbaycan Güləş Federasiyasının prezidenti idi. O, həm də Azərbaycan Otüstü Hokkey və Azərbaycan Velosiped İdmanı federasiyalarına rəhbərlik edir.

1news.az 

 

Paylaş:
499

Son xəbərlər

Bütün xəbərlər