Azərbaycanda gənc futbolçu qəzada öldü - FOTO | 1news.az | Xəbərlər
Futbol

Azərbaycanda gənc futbolçu qəzada öldü - FOTO

16:50 - 03 / 10 / 2018
Azərbaycanda gənc futbolçu qəzada öldü - FOTO

“Sumqayıt” FK-nın U-15 komandasının futbolçusu Ayxan Qasımov avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

1news.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.

“Sumqayıt” Futbol Klubu futbolçumuzun vəfatından kədərləndiyini bildirir və ailəsinə başsağlığı verir.

Xatırladaq ki, hadisə oktyabrın 2-si, saat 10:00 radələrində baş verib. Belə ki, Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakiniFəxrəddin Bəşirov idarə etdiyi “İSUZU” markalı avtomobillə yolun kənarı ilə gedən qəsəbə sakinləri Ayxan Qasımovu və Rasim Bayramovu vurub.

Nəticədə, onlar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Allah rəhmət eləsin!

1news.az

Paylaş:
799

Son xəbərlər

Bütün xəbərlər