“Bavariya” “Ayaks”la bacarmadı, “Real”dan gözlənilməz məğlubiyyət | 1news.az | Xəbərlər
Futbol

“Bavariya” “Ayaks”la bacarmadı, “Real”dan gözlənilməz məğlubiyyət

09:25 - 03 / 10 / 2018
“Bavariya” “Ayaks”la bacarmadı, “Real”dan gözlənilməz məğlubiyyət

Oktyabrın 2-də UEFA Çempionlar Liqasının ikinci turun növbəti oyunu keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, turun ən gözlənilməz hesabı G qrupunda qeydə alınıb. "Lujniki" stadionunda keçirilən görüşdə MOİK İspaniyanın "Real Madrid" klubunu qəbul edib. Görüş rusiyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 2-ci dəqiqədə Nikola Vlasiç olub. Qarşılaşmanın 90-ci dəqiqəsində MİOK-ın qapıçısı İqor Akinfeyev qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Qrupun digər oyunu İtaliyanın "Olimpiko" stadionunda keçirilib. İsveçrənin "Viktoriya Plzen" klubu İtaliyanın "Roma" komandasının qonağı olub. Qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb (5:0). Edin Dzeko (3), Cengiz Ündər və Jastin Klüvert fərqləniblər.

İki turdan sonra G qrupuna 4 xalla MOİK klubu başçılıq edir. Aktivlərində 3 xalı olan "Real Madrid" və "Roma" ikinci və üçüncü yerləri bölüşürlər. "Viktoriya Plzen" isə 1 xalla dördüncü yerdə qərarlaşıb.

E qrupunda yer alan Almaniyanın "Bavariya" klubu da, öz meydanında xal itkisi ilə üzləşib. Oyunda hesabı Mats Hummelsın erkən qolla açsa da, on yeddi dəqiqə sonra qapısında qol görərək heç-heçə edib.

Portuqaliyanın "Benfika" klubu isə səfərdə Yunanıstanın AEK komandasını 3:2 hesabı ilə məğlub edib.

E qrupunda 4 xalla iki liderlik var "Ayaks" və "Bavariya". Üç xal toplayan "Benfika" üçüncü, xalı olmayan AEK isə dördüncü yerdədir.

F qrupunda ilk turda doğma meydanda gözlənilmədən Fransanın "Lion" klubuna məğlub olan "Mançester Siti" səfərdə "Hoffenhaym" klubu ilə qarşılaşıb. Oyunda Kerem Dəmirbayın təkbətək ötürməsini İsak Belfodil dəqiq zərbə ilə tamamlayıb - 1:0. Oyunun favoriti sayilan "Mançester Siti"nın qol cavabı çox çəkməyib. Matçın 8-ci dəqiqəsində ingilislərin alman hücumçusu Leroy Sane cinahdan iki müdafiəçini arxada qoyaraq Kun Aqueraya məhsuldar ötürmə verib, sonuncu fürsəti əldən verməyib - 1:1.

Fasilədən sonra da, hesab dəyişilməz qalıb. Beləliklə, "Mançester Siti" UEFA Çempionlar Liqasında ilk xalın qazanıb.

Qrupun digər oyunu "Lion"un doğma meydanında "Groupama" stadionunda keçirilib. Həmin oyunda "Lion" - "Şaxtyor" klubunu qəbul edib. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

İki turdan sonra F qrupuna 4 xalla "Lion" başçılıq edir. "Mançester Siti" 3 xalla ikinci, "Şaxtyor" 2 xalla ikinci, "Hoffenhaym" isə 1 xalla dördüncü yerdə qərarlaşıb.

H qrupunda yer alan "Yuventus" öz meydanında İsveçrənin "Yanq Boyz" klubunu qəbul edib. İlk turda Kriştianu Ronaldu "Valensiya"ya qarşı oyunda qırmızı alıb. Bu səbəbdən turinlilər meydana portuqaliyalısız çıxıblar. Buna baxmayaraq ilk dəqiqələrdən gözəl oyun nümayiş etdirən "qoca sinyora" 5-ci dəqiqədə hesabı açıb. Özlərinə aid meydançadan "Yuventus" klubunun müdafiəçisi Leonardo Bonuçi Paolo Dibalaya məhsuldar ötürmə verib, sonuncu saxlamadan qapıya dəqiq zərbə vurub - 1:0. Qoldan iyirmi səkkiz dəqiqə sonra meydan sahibləri yenidən Paolo Dibalanın sayəsində hesab arasındakı fərqi iki topa çatdırıblar. Belə ki, Blez Matuidinin qüvvətli zərbəsini "Yanq Boyz" klubunun qapıçısı David von Ballmos qaytarsa da özünü topa hamıdan tez yetişdirən argentinalı dublun rəsimləşdirib - 2:0. Birinci hissə italyanlıların 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

Qarşılaşmanın ikinci hissəsində "Yuventus” klubu yenidən qonaqları meydanın mərkəzinə dəvət edib. Bu dəfə də, Paolo Dibala fərqlənib, amma Xuan Kuadradonun cinah ötürməsindən sonra - 3:0. Buda oyunda sonuncu qol olub.

Qrupun digər qarşılaşmasında isə "Mançester Yunayted" doğma meydanda "Old Traffor"da İspaniyanın "Valensiya" klubunu qəbul edib. Görüşdə hesab açılmayıb.

H qrupunda iki oyunda qalib gələrək aktivinə 6 xal yazan İtaliyanın "Yuventus" klubu birinci yerdədir. Dörd xalla "Mançester Yunayted" ikinci, "Valensiya" 1 xalla ikinci sıradadır. Xal toplamayan İsveçrənin "Yanq Boyz" klubu isə sonuncu yerdədir.

Qeyd edək ki, 2-ci tura bu gün keçiriləcək 8 oyunla yekun vurulacaq.

2 oktyabr


E qrupu

AEK (Afina, Yunanıstan) - "Benfika" (Portuqaliya) 2:3
Qollar: 
Haris Seferoviç, 6 (0:1), Aleks Grimaldo, 15 (0:2), Klonaridis, 53 (1:2); 63 (2:2), Semedo, 74 (2:3)

"Bavariya" (Münhen, Almaniya) - "Ayaks" (Hollandiya) 1:1 
Qollar: 
Mats Hummels, 4 (1:0), Nosair Mazraoui, 22 (1:1)

1.

Ayaks

2

1

1

0

4:1

4

2.

Bavariya

2

1

1

0

3:1

4

3.

Benfika

2

1

0

1

3:4

3

4.

AEK

2

0

0

2

2:5

0



F qrupu 

"Hoffenhaym" (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 1:2
Qollar:
 Belfodil, 1 - Aquero, 7; Silva, 87

"Lion" (Fransa) - "Şaxtyor" (Donetsk, Ukrayna) 2:2
Qollar: Moraes, 44 (0:1); 55 (0:2), Dembele, 70 (1:2), Dubois, 72 (2:2)

1.

Lion

2

1

1

0

4:3

4

2.

Mançester Siti

2

1

0

1

3:3

3

3.

Şaxtyor

2

0

2

0

4:4

2

4.

Hoffenhaym

2

0

1

1

3:4

1


G qrupu 

MOİK (Moskva, Rusiya) - "Real Madrid" (İspaniya) 1:0
Qol:
 Nikola Vlasiç, 2

"Roma" (İtaliya) - "Viktoriya" (Plzen, Çexiya) 5:0 
Qollar: 
Edin Dzeko, 3, 40, Ündər, 64, Kluyvert, 73, Dzeko, 90+2

1.

MOİK

2

1

1

0

3:2

4

2.

Real

2

1

0

1

3:1

3

3.

Roma

2

1

0

1

5:3

3

4.

Viktoriya

2

0

1

1

2:7

1



H qrupu 

"Yuventus" (İtaliya) - "Yanq Boyz" (İsveçrə) - 3:0
Qollar:
 Dibala, 5, 34, 69

"Mançester Yunayted" (İngiltərə) - "Valensiya" (İspaniya) - 0:0
 

1.

Yuventus

2

2

0

0

5:0

6

2.

Mançester Yunayted

2

1

1

0

3:0

4

3.

Valensiya

2

0

1

1

0:2

1

4.

Yanq Boyz

2

0

0

2

0:6

0


1news.az

Paylaş:
668

Son xəbərlər

Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52
Bütün xəbərlər