Bakıda möhtəşəm duel: “Qarabağ” “Arsenal”a qarşı | 1news.az | Xəbərlər
Futbol

Bakıda möhtəşəm duel: “Qarabağ” “Arsenal”a qarşı

16:44 - 04 / 10 / 2018
Bakıda möhtəşəm duel: “Qarabağ” “Arsenal”a qarşı

Bu gün Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunları çərçivəsində “Qarabağ” komandası İngiltərənin “Arsenal” klubunu qəbul edəcək.

1news.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:55 başlayacaq. Oyunu İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın əsas hakimi Davide Massa olacaq. Filippo Meli və Alessandro Kostantso yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.

Bu gün “Qarabağı”ın qrupdakı digər rəqibləri də meydana çıxacaqlar. Belə ki, Ukraynada yerli “Vorskla” klubu Portuqaliyanın “Sportinq” komandasını qəbul edəcək.

Xatırladaq ki, ilk turda “Arsenal” “Vorskla”nı (4:2), “Sportinq” isə “Qarabağ”ı (2:0) məğlub etmişdi.

Qeyd edək ki, “Qarabağ” – “Arsenal”, “Vorskla” – “Sportinq” oyunlarından əlavə UEFA Avropa Liqasında ikinci tur çərçivəsində 22 oyun keçiriləcək.

1news.az

Paylaş:
620

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər