Makron Azərbaycana səfərə gəlir

Fransa prezidenti Emmanuel Makron gələn həftə Azərbaycana səfər edəcək.
1news.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
"Səfər gələn həftə gözlənilir, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin müzakirəsi nəzərdə tutulub", - deyə agentliyə diplomatik mənbə bildirib.
Səfər zamanı Fransa tərəfi ilə dənizdə patrul gəmisinin tikintisi ilə bağlı müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Makron Beynəlxalq Frankofoniya təşkilatının zirvə toplantısında iştirak etmək üçün oktyabrın 11-də Ermənistana səfər edəcək.
P.Sultanova
959