“Qarabağ” “Arsenal”a məğlub oldu - VİDEO
Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilib.
1news.az-ın məlumatına görə, ölkəmizi turnirdə təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb.
Bakı Olimpiya Stadionunda keçirilən görüşdə Ağdam təmsilçisi İngiltərə nəhəngi “Arsenal”ı qəbul edib.
Maraqlı və gərgin mübarizə şəraitində keçən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qonaqlar hesabı erkən qolla açıblar. Qarşılaşmanın 4-cü dəqiqəsində "Arsenal" klubunun heyətində Naço Monrealın künc ötürməsini Sokratis Papastathopoulos dəqiq baş zərbəsi ilə tamamlayıb - 0:1. İlk hissə bu hesabla başa çatıb.
Fasilədən sonra ilk dəqiqələrdən irəli atılan ağdamlılar rəqibin qapısı qarşısında bir neçə dəfə təhlükəli vəziyyətlər yaratsa da, istəklərinə çata bilməyiblər. Matçın 53-cü dəqiqəsində qonaqlar hesab arasındakı fərqi iki topa çatdırıblar. Qapıçı ilə təkbətək qalan Emil Smit Rove fürsəti əldən verməyib - 0:2.
Görüşün başa çatmasına 10 dəqiqə qalmış "Arsenal" klubu yenidən fərqlənib. Matteo Qenduzi adını tabloya yazdırıb - 0:3. Görüş bu hesabla da başa çatıb.
E qrupunun digər oyunu Ukraynada oynanılıb. “Vorskla” klubu doğma meydanda Portuqaliyanın “Sportinq” komandasına 1:2 hesabı ilə məğlub olub.
Xatırladaq ki, ilk turda “Arsenal” “Vorskla”nı (4:2), “Sportinq” isə “Qarabağ” klubunu (2:0) məğlub etmişdi.
4 oktyabr
Avropa Liqası, E qrupu
“Qarabağ” (Azərbaycan) – “Arsenal” (İngiltərə) - 0:3
Qollar: Sokratis Papastatopulos, 4, Emil Smit-Rou, 53, Metteo Qenduzi, 80
Baş hakim: Davide Massa (Fransa)
Bakı Olimpiya Stadionu.
“Vorskla” (Ukrayna) – “Sportinq” (Portuqaliya) - 1:2
Qollar: Kulaç, 10 (1:0), Montero, 90 (1:1), Çabral, 90+3 (1:2)
1. |
Arsenal |
2 |
2 |
0 |
0 |
7:2 |
6 |
2. |
Sporting |
2 |
2 |
0 |
0 |
4:1 |
6 |
3. |
Vorskla Poltava |
2 |
0 |
0 |
2 |
3:6 |
0 |
4. |
Qarabağ |
2 |
0 |
0 |
2 |
0:5 |
0 |
1news.az