Azərbaycan İndoneziyaya humanitar yardım göstərib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan İndoneziyaya humanitar yardım göstərib

12:57 - 08 / 10 / 2018
Azərbaycan İndoneziyaya humanitar yardım göstərib

5 avqust 2018-ci il tarixində İndoneziyada baş vermiş 6,9 şiddətində güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 50 min ABŞ dolları məbləğində vəsait humanitar məqsədlərlə İndoneziya tərəfinə təqdim edilib.

Bu barədə 1news.az-a XİN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd etmək istərdik ki, avqust ayında İndoneziyada baş vermiş təbii fəlakət nəticəsində ölkənin xüsusilə Lombok adası zərər çəkib, ümumilikdə isə 70 minədək ev, 600-dən çox məktəb, 3 xəstəxana, 65 məscid, 5-dən artıq körpü dağılmışdır.

Təbii fəlakət yerində fəaliyyət göstərən beynəlxalq humanitar yardım təşkilatları və beynəlxalq kütləvi informasiya vasitələrinin yaydığı məlumata əsasən zəlzələ zamanı 400 nəfərədək şəxs həlak olmuş, 390 minədək əhali evsiz qalmışdır.

P.Sultanova

Paylaş:
431

Son xəbərlər

Bütün xəbərlər