Makqreqora döyüşə çıxmaq qadağan olundu
Həkimlər Konor Makqreqora yaxın bir ay ərzində döyüşlərdə iştirak etməyə qadağa qoyublar.
1news.az-ın məlumatına görə, Oxu.az Daily Mail nəşrinə istinadən xəbər verir ki, buna səbəb Konorun rusiyalı idmançı Həbib Nurməhəmmədovla döyüşdən sonra səhhətində yaranmış problemlərdir.
Bildirilir ki, Həbiblə döyüşdə aldığı zədələr irlandiyalı idmançıya nəyinki yaxın bir ay ərzində döyüşlərdə iştirak etməyə, hətta təmaslı məşqlərə qatılmağa imkan vermir.
1news.az
2707