Naz Mila yeni tatusu ilə gülüş obyektinə çevrildi – FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Naz Mila yeni tatusu ilə gülüş obyektinə çevrildi – FOTO

12:08 - 10 / 10 / 2018
Naz Mila yeni tatusu ilə gülüş obyektinə çevrildi – FOTO

Türkiyədə populyar teleaparıcı və aktrisa Zühal Topalın “Evleneceksen Gel” evlilik proqramına qatılandan sonra məşhurlaşan, indi isə yarıçılpaq və çılpaq fotoları, qalmaqallı açıqlamaları və açıq-saçıq həyat tərzi ilə tanınan azərbaycanlı Naz Mila yenə gündəmdədir.

Bu dəfə o, bədənindəki döymə ilə gülüş obyektinə çevrilib.

1news.az-ın Milli.Az-a istinadla verdiyi xəbərə görə, Instagram-da çox aktiv olan 27 yaşlı Naz Mila sinəsindən diz qapağına qədər uzanan tatuajının fotolarını paylaşıb.

O, qürrələnmək istəyirdi. Çünki tatuajda “Yanlışlarım və doğrularımla məni yalnız Tanrı mühakimə edə bilər” yazdırmaq istəyən Naz Milanın bədənində indi “I can judge a single god with my wrongs and wrongs" yazısı var. Bu ifadənin tərcüməsi isə “Mən mühakimə edərəm yalnız Tanrını səhvləri və səhvlərlə” təki absurd, mənasız kəlmə yığınıdır.

Halbuki Naz Milanın tatusu "Only God can judge me", yəni "Məni sadəcə, Tanrı mühakimə edə bilər" kəlmələri ilə başlanmalıydı..

Sosial şəbəkə istifadəçiləri Naz Milanı bu bisavad cümləyə görə ələ salıblar.

8 yaşlı qız anası olan Naz Milanın Instagram profilinin 860 min daimi təqibçisi var.

S.Xankişiyeva

 

 

Paylaş:
16053

Son xəbərlər

Bütün xəbərlər