Dəmir yolu nəqliyyatı işçilərinə fəxri adlar verilib | 1news.az | Xəbərlər
Rəsmi

Dəmir yolu nəqliyyatı işçilərinə fəxri adlar verilib

20:06 - 10 / 10 / 2018
Dəmir yolu nəqliyyatı işçilərinə fəxri adlar verilib

Prezident İlham Əliyev “Azərbaycan dəmir yolu nəqliyyatı işçilərinə fəxri adlar verilməsi haqqında” sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir: 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar mühəndis”

Rzayev Rizvan İlyas oğlu

Tahirov Tələbani Məhəmməd oğlu

“Əməkdar həkim”

Şükürov Adil Əvəz oğlu”.

President.az

Paylaş:
670

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər