Hikmət Hacıyev: "Star" layihəsi Azərbaycanın Türkiyə iqtisadiyyatına böyük etimadının nümunəsidir | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: "Star" layihəsi Azərbaycanın Türkiyə iqtisadiyyatına böyük etimadının nümunəsidir

15:12 - 19 / 10 / 2018
Hikmət Hacıyev: "Star" layihəsi Azərbaycanın Türkiyə iqtisadiyyatına böyük etimadının nümunəsidir

Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev TRT World kanalına müsahibə verib.

1news.az TRT World-ə istinadla xəbər verir ki, müsahibədə Hikmət Hacıyev bu gün Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə açılışı olacaq “Star ” neft emalı zavodu barədə danışaraq, bu layihənin əsasının Azərbaycan Prezidenti  İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulduğunu qeyd edib.

Bu layihənin Azərbaycanın Türkiyə iqtisadiyyatına böyük etimadının və iki ölkə arasında əlaqələrin qardaşlıq və strateji xarakter daşımasının nümunəsi olduğunu deyən Hikmət Hacıyev  Azərbaycanın Türkiyəyə 20 milyard ABŞ dolları həcmində sərmayə yatırdığını diqqətə çatdırıb.

 Azərbaycan və Türkiyənin enerji əməkdaşlığının Bakı-Tbilisi-Ceyhan layihəsi ilə başladığını vurğulayan PA rəsmisi Azərbaycanda neft-kimya sənayesinin inkişafı və Türkiyədə həyata keçirilən bu layihələrlə ölkəmizin karbohidrogen ixracında yalnız xam məhsul deyil, əlavə dəyər qatılan hazır məhsullarla Aralıq dənizi hövzəsinə çıxdığını vurğulayıb.

O, Azərbaycanın Türkiyə və digər tərəfdaşlarla birgə icra etdiyi TANAP/TAP qaz layihəsinin Türkiyənin və Avropa ölkələrinin enerji təhlükəsizliyinə əsaslı dərəcədə töhfə verəcəyini diqqətə çatdırıb. H.Hacıyev Azərbaycanın bu kimi iqtisadi layihələrlə regional əməkdaşlığın yeni nümunələrini yaratdığını, regional sülhə, çiçəklənməyə və sabitliyə töhfə verdiyini diqqətə çatdırıb. O, Azərbaycanın etibarlı və xoş niyyətli tərəfdaş olduğunu və bu qəbildən olan əməkdaşlığı dəstəklədiyini qeyd edib.

1news.az

 

 

Paylaş:
401

Son xəbərlər

Bütün xəbərlər