Gülməmməd Cavadova Prezidentin fərdi təqaüdü verilib | 1news.az | Xəbərlər
Rəsmi

Gülməmməd Cavadova Prezidentin fərdi təqaüdü verilib

21:02 - 19 / 10 / 2018
Gülməmməd Cavadova Prezidentin fərdi təqaüdü verilib

Prezident İlham Əliyev Gülməmməd Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1.Azərbaycanda energetikanın inkişafında xidmətlərinə görə Gülməmməd Süleyman oğlu Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

President.az

Paylaş:
492

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər