Elmar Məmmədyarov Paşinyana cavab verdi: “Bəyanat verəndə fikirləşməlidir ki...” | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Paşinyana cavab verdi: “Bəyanat verəndə fikirləşməlidir ki...”

14:00 - 25 / 10 / 2018
Elmar Məmmədyarov Paşinyana cavab verdi: “Bəyanat verəndə fikirləşməlidir ki...”

Xarici işlər naziri Elmar Məmmədyarov Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi sonuncu fikirlərə münasibət bildirib.

1news.az-ın məlumatına görə, bununla bağlı jurnalistlərə açıqlama verən nazir bunun Paşinyan tərəfindən səsləndirilən ilk belə bəyanatın olmadığını deyib. Nazir vurğulayıb ki, hansısa danışıqlar aparanda gərək hazırlıq görülsün:

“Yaxud da hansısa bəyanat verəndə fikirləşməlidir ki, nə deyilir. İlk növbədə ortada sənədlər var. ATƏT-in Minsk qrupunun mandatını oxumaq lazımdır. Burada açıq şəkildə yazılıb ki, Ermənistan və Azərbaycan münaqişədə tərəfdir və öz aralarında danışıqlar aparırlar. O ki qaldı Dağlıq Qarabağ icmasına, burada maraqlı tərəfdilər. Əgər maraqlı tərəfdilərsə burada Azərbaycan icması da var”.

P.Sultanova

Paylaş:
374

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər