Məmmədyarov Boltondan Ermənistan rəhbərliyinə hansı sualı verməyi xahiş etdi? | 1news.az | Xəbərlər
Siyasət

Məmmədyarov Boltondan Ermənistan rəhbərliyinə hansı sualı verməyi xahiş etdi?

14:21 - 25 / 10 / 2018
Məmmədyarov Boltondan Ermənistan rəhbərliyinə hansı sualı verməyi xahiş etdi?

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Bakıya səfərinə münasibət bildirib.

1news.az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, o, Boltondan Ermənistanın yeni rəhbərlərinə Dağlıq Qarabağ münaqişəsini həll etməyə hazır olub-olmaması barədə sual verməyi xahiş edib:

“Cənab Boltondan xahiş etdim ki, Ermənistanın yeni rəhbərlərinə sual versin ki, Dağlıq Qarabağ münaqişəsini həll etməyə hazırdırlar, ya yox?! Ümumilikdə onlar nə istəyirlər? Azərbaycan və Türkiyə ilə normal münasibətlər yaratmağa, qonşuluq qurmağa hazırdırlarmı?

Təbii ki, əgər hansısa ölkə, o cümlədən Ermənistan rəhbərliyi Azərbaycan və Türkiyə ilə normal qonşuluq siyasəti qurmasa onda onun müstəqilliyi böyük sual altına düşür. Bu, birmənalıdır”.

P.Sultanova

Paylaş:
438

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər