United Sport MFL 2018/19: İlk çempionun qayıdışı və Nəcməddin Zalıyevin 14 qolu – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

United Sport MFL 2018/19: İlk çempionun qayıdışı və Nəcməddin Zalıyevin 14 qolu – FOTO – VİDEO

15:47 - 25 / 10 / 2018
United Sport MFL 2018/19: İlk çempionun qayıdışı və Nəcməddin Zalıyevin 14 qolu – FOTO – VİDEO

Azərbaycanda ən böyük həvəskarlar liqası MFL-in üçüncü mövsümünə start verilib.

1news.az-ın verdiyi xəbərə görə, oktyabrın 22-də 52 komanda mötəbər titul uğrunda mübarizəyə başlayıb.

Yeni mövsümdə MFL United Sport 2018/2019-un komandaları iki konferensiyaya – Infinity və Platinum-a ayrılıb. İlk gün birinci turda “MFL Arena”nın meydanlarına Infinity konferensiyasının komandaları çıxıb. Qeyd etmək lazımdır ki, birinci turun matçlarında gərgin mübarizə müşahidə olunurdu. “Köftəçi Ramiz” komandası “Squadra” ilə qarşılaşmadan 8:1 hesabı ilə ayrılıb.

1newsTV-nin United Sport MFL 2018/19-un ilk turundan reportajı

MFL-in təşəbbüsü ilə bu mövsümü ödənişsiz çıxış edən “Poseidon” komandası ilk qələbəsini qeyd etdi. Komandanın kapitanı Ziya Mirzəcanov liqaya göstərdiyi jestə görə minnətdarlığını bildirib.

MFL United Sport 2018/2019-un favoritlərindən biri “Beerbaşa” komandasıdır. Komandanın baş məşqçisi Azərbaycanın Futzal üzrə Yığmasının qolkiperi Rövşən Hüseynlidir. 1news.az-a müsahibə zamanı o qeyd edib ki, liqada çempionluq üçün mübarizədə yoldaşlarına kömək etməyə hazırdır.

Infinity konferensiyasının birinci turunun ən yaddaqalan məqamları:

İkinci gün isə Platinum konferensiyasının matçları baş tutdu. Birinci turda bir sıra böyük qələbələrlə yadda qaldı. İlk növbədə nəzərəçarpan “AgroSport”un “İdman Nazirliyi” üzərində (27:1) qələbəsi oldu.

Platinum konferensiyasının birinci turunun ən yaddaqalan məqamları:

Birinci turdan sonra bombardilər mübarizəsində “AgroSport”un forvardı Nəcməddin Zalıyev “İdman Nazirliyi”nin qapısına 14 dəfə qol vurub.

İkinci turun matçları oktyabrın 29-da (Infinity konferensiyası).

Və noyabrın 1-də (Platinum konferensiyası) baş tutacaq.

MFL United Sport 2018/19Sirena Motors, Leading Supply Solutions LLC, United Sport, McDonald's Azerbaijan, Muganbank, BOS SHELF LLC və Ödəal (Bon) sponsorluğu ilə keçirilir.

Daha ətraflı məlumatı liqanın saytından mfl.az, eləcə də 1news.az-ın saytında və CBC Sport telekanalı vasitəsilə əldə edə bilərsiniz.

Tərcümə: S.Xankişiyeva

Video: Emil Nəsirov

United Sport MFL 2018/19: Azərbaycanın ən böyük liqasının 52 komandası mübarizəyə başlayır – FOTO – VİDEO

Paylaş:
949

Son xəbərlər

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTOBu gün, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edibBu gün, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 17:08Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçiribBu gün, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edibBu gün, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıbBu gün, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilirBu gün, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQBu gün, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransıBu gün, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdürBu gün, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıbBu gün, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTOBu gün, 14:41İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublarBu gün, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edirBu gün, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edibBu gün, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilibBu gün, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilibBu gün, 13:52Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblarBu gün, 13:51
Bütün xəbərlər