“The Japan Times”: Osaka Bakının EXPO 2025-in keçirilməsilə bağlı mübarizəsinə əsəbi halda baxır | 1news.az | Xəbərlər
Siyasət

“The Japan Times”: Osaka Bakının EXPO 2025-in keçirilməsilə bağlı mübarizəsinə əsəbi halda baxır

17:33 - 25 / 10 / 2018
“The Japan Times”: Osaka Bakının EXPO 2025-in keçirilməsilə bağlı mübarizəsinə əsəbi halda baxır

Osakanın rəsmi nümayəndələri Bakıya – EXPO 2025-in keçirilməsilə bağlı mübarizədə əsas rəqib şəhərə əsəbi halda baxırlar.

Məşhur “The Japan Times” onlayn nəşrdə dərc olunmuş məqalə bu cür başlayır. Məqalədə EXPO 2025 beynəlxalq sərgisinin keçirilməsilə bağlı şəhərlərin imkanları analiz edilir.

“Osaka və Azərbaycanın paytaxtı Yekaterinburqla birlikdə tədbirin keçirilməsi hüququ ilə bağlı yarışırlar. Beynəlxalq Sərgilərin Paris bürosu noyabrın 23-də qalibi təyin edəcək.

İlin əvvəlində Parisin EXPO 2020-nini keçirilməsində Dubaya uduzaraq buradan ayrılması, 2025-ci ildə keçiriləcək sərgidə Osakanın başlıca rəqibi Bakı hesab edilir. Bakının ərizəsinə bir çoxları ciddi yanaşmırdı.

Lakin hər şey insan kapitalının gələcəyinə cəmləşdirilmiş Bakı mövzusu Beynəlxalq Sərgilər Bürosunun (BIE) bir çox nümayəndə heyətinin diqqətini çəkir. Bakının Parisdə ictimaiyyətlə əlaqələri yaxşı qurması və dərin əlaqələri Osaka nümayəndələrinin ciddi narahatlığına səbəb olub”, - deyə nəşrdə qeyd olunur.

“Osakada sərgi 1970-ci ildə keçirilib. Həmçinin Yaponiya 2005-ci ildə də bu tədbiri Aiti prefekturasında keçirib”, - deyə “The Japan Times” xatırladır.

“Bakı güclü rəqibdir. Yaponiya kimi Azərbaycan da bu yarışda sona qədər iştirak edəcək”, - deyə Osaka şəhərinin meri Hirifumi Yoşimura bu ayın əvvəlində Paris səfərindən sonra bildirib.

“Osakanın digər problemi isə Bakının rəqibini ciddi şəkildə qabaqlamasıdır. Xüsusilə də söhbət beynəlxalq səylərlə öz maraqlarının lobbiləşdirməsindən gedir”, - nəşr qeyd edərək yazır ki, Azərbaycan paytaxtının peşəkarların cəlb edilməsinə, Bakının xeyrinə seçimdə BIE nümayəndələrini razılaşdırmaya diqqət çəkir.

2020-ci ildə keçiriləcək Olimpiya oyunlarında Tokionun mübarizəsi kimi, Osaka da özünü sözün bütün mənalarında “təhlükəsiz” seçim kimi qələmə verir.

Bir aydan az bir müddətdə Osaka BIE-nin Beynəlxalq Olmimpiya Komitəsi kimi Osakanın xeyrinə seçim etdiyini və ya Bakı və ya Yekaterinburq şəhərləri üzərində fikrini cəmləşdirdiyinin şahidi olacaq”, - deyə “The Japan Times” sonda yekunlaşdırır.

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
534

Son xəbərlər

Belarus Prezidentinin ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdirBu gün, 21:16Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTOBu gün, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edibBu gün, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 17:08Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçiribBu gün, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edibBu gün, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıbBu gün, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilirBu gün, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQBu gün, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransıBu gün, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdürBu gün, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıbBu gün, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTOBu gün, 14:41İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublarBu gün, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edirBu gün, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edibBu gün, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilibBu gün, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilibBu gün, 13:52
Bütün xəbərlər