İlham Əliyev: Təhsil Azərbaycanın dövlət siyasətinin və milli inkişaf strategiyasının prioritet istiqamətlərindəndir   | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev: Təhsil Azərbaycanın dövlət siyasətinin və milli inkişaf strategiyasının prioritet istiqamətlərindəndir  

11:33 - 26 / 10 / 2018
İlham Əliyev: Təhsil Azərbaycanın dövlət siyasətinin və milli inkişaf strategiyasının prioritet istiqamətlərindəndir  

Prezident İlham Əliyev “Gələcəyimizə sərmayə: dayanıqlı və inklüziv inkişafa doğru” mövzusunda “dəyirmi masa” iştirakçılarına müraciət edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, müraciətdə deyilir:

“Hörmətli tədbir iştirakçıları!

Sizi səmimi qəlbdən salamlayır və "Azərbaycanın Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyası”nın yaradılması münasibətilə təbrik edirəm.

Sürətlə qloballaşan dünyada hər bir fəaliyyət sahəsi yeni ideya və baxışlar tələb etməklə gənclərin elmi biliklərə əsaslanan bacarıq və vərdişlərə yiyələnməsini labüd edir. Buna görə də cəmiyyətin inkişafında elm və təhsil mühüm rol oynayır.

Təhsil Azərbaycanın dövlət siyasətinin və milli inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. Gənclər siyasəti çərçivəsində həyata keçirdiyimiz bir çox proqramlar mövcud potensialın üzə çıxarılması və ölkəmizin siyasi, iqtisadi və sosial inkişafına yönəldilməsi məqsədlərini daşıyır. Təsadüfi deyildir ki, Azərbaycan “Ekspo 2025” üçün Bakının namizədliyini irəli sürərkən “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusunu seçmişdir.

Eyni zamanda, Azərbaycanda əcnəbi gənclərin təhsili sahəsində də xoş ənənələr mövcuddur. Ali məktəblərimizin qapıları xarici ölkə vətəndaşlarının üzünə həmişə açıq olmuşdur. Belə ki, istər sovet dövründə, istərsə də müstəqillik illərində on minlərlə əcnəbi gənc Azərbaycanda ali təhsil almış, ən müxtəlif ixtisaslara yiyələnmişdir. Sevindirici haldır ki, bu gün həmin gənclər öz ölkələrinin ictimai-siyasi həyatında, sosial-iqtisadi inkişafında fəal iştirak edərək, multikulturalizm məkanı olan Azərbaycanla mənəvi körpü rolunu oynayırlar.

Bu gün biz xarici ölkə vətəndaşlarının Azərbaycanda təhsili üçün yeni-yeni təşəbbüslər irəli sürür və gerçəkləşdiririk. Təkcə onu demək kifayətdir ki, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatına, eləcə də gələn ildən sədrlik edəcəyi Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarının ali məktəblərimizdə təhsili məqsədilə qrant proqramları təsis etmişdir və bu proqramlar müvəffəqiyyətlə həyata keçirilir.

Ümidvaram ki, Azərbaycanda təhsil almış əcnəbi məzunların ilk görüşünün iştirakçısı kimi siz yenidən Bakıya gəlməkdən məmnun qalacaq, tələbəlik çağlarınız ilə bağlı olan paytaxtımızdan vətəninizə ən xoş təəssüratlarla dönəcək, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə töhfələr verəcəksiniz.

Sizə cansağlığı, işlərinizdə uğurlar diləyirəm”.

S.Xankişiyeva

 

Paylaş:
723

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər