Olqa Qolodets: Bakı Humanitar Forumunun miqyasını və əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir | 1news.az | Xəbərlər
Siyasət

Olqa Qolodets: Bakı Humanitar Forumunun miqyasını və əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir

12:13 - 26 / 10 / 2018
Olqa Qolodets: Bakı Humanitar Forumunun miqyasını və əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir

Artıq Azərbaycan paytaxtında altıncı dəfədir keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun miqyasını və əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir. Biz bir çox beynəlxalq forumlarda iştirak edirik, lakin Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentlərinin təşəbbüsü ilə keçirilən Bakı Forumu tamamilə unikal əhəmiyyətə malikdir. Axı bizim gələcək nəsillərin gələcəyi insanların humanitar məsələlərə baxışından, sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında dialoqun inkişafından asılıdır.

1news.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə müsahibəsində VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədr müavini Olqa Qolodets söyləyib. “Biz ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərini çox yüksək qiymətləndiririk və bu münasibətlərin möhkəmlənməsi istiqamətində dövlət başçılarımız tərəfindən geniş tədbirlərin həyata keçirildiyini görürük. Rusiya Azərbaycanla qarşılıqlı faydalı əlaqələr qurulması, o cümlədən humanitar sahədə əməkdaşlıq istiqamətində böyük səylər göstərir. Belə sıx humanitar əlaqələrin mövcudluğu, onların inkişafı və genişlənməsi mehriban qonşuluq münasibətlərinin, iki xalqın mənafeyi naminə bir-birinə hörmətin bariz nümunəsidir. Biz, Rusiya tərəfi, humanitar foruma xüsusi diqqət yetiririk və burada çox böyük nümayəndə heyəti ilə təmsil olunuruq.

Forum çərçivəsində mənim bir sıra ziyarətlərim nəzərdə tutulub. Biz Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında olduq və mən bu təhsil müəssisəsində aparılan tədris prosesinə, sizin çoxlu sayda istedadlı gənclərə və onlara dərs deyən peşəkar pedaqoqlara sadəcə heyran oldum. İrəliyə doğru addımlar məhz ənənələrə böyük ehtiram və buna əsaslanan yaxşı, keyfiyyətli məktəb bazasında atılır. Biz qarşılıqlı faydalı əlaqələrin qurulması üçün bütün tədbirləri həyata keçirəcəyik, sizin istedadlı tələbələri İ. E.Repin adına Sankt-Peterburq Dövlət Akademik Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq Institutuna dəvət edəcəyik. Bununla yanaşı, burada ustad dərsləri keçirməyi, iki ölkənin incəsənət və humanitar sahələrdə əməkdaşlığının inkişafı naminə yaxşı əməkdaşlıq proqramı hazırlamağı nəzərdə tuturuq”, - deyə Rusiya hökuməti sədrinin müavini əlavə edib.

Mədəniyyət və idman sahələrində Azərbaycan-Rusiya layihələrinin perspektivlərinə toxunan Olqa Qolodets qeyd edib ki, iki ölkə arasında çoxlu birgə layihələr həyata keçirilir. “İncəsənətə, mədəniyyətlərin qovuşmasının ərsəyə gətirdiyi layihələrə böyük diqqət yetirilir və biz onları davam etdirməliyik. Bu yaxınlarda Tretyakov qalereyasında iki ölkənin səyləri və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Abşeron ulduzları” sərgisini xüsusilə qeyd etməliyəm. Sərgiyə unikal sayda ziyarətçi gəlmişdi. Bu, möhtəşəm mədəniyyət layihəsidir. Həmçinin, Böyük Teatrda Arif Məlikovun məşhur “Məhəbbət əfsanəsi” əsəri səhnələşdirilib. Əgər siz Moskvaya gəlsəniz, bu tamaşaya bilet tapa bilməyəcəksiniz, çünki onlar cəmi bir saat ərzində satılıb qurtarır. Biz, həmçinin gənclərlə bağlı birgə proqramların həyata keçirilməsi sahəsində daha fəal əməkdaşlıq etməyi nəzərdə tuturuq. Məsələn, əməkdaşlığımız çərçivəsində Azərbaycandan 100 məktəblini Sankt-Peterburda təşkil olunacaq mədəniyyət proqramına dəvət etməyi planlaşdırırıq. Hesab edirik ki, bu tədbirlər çox mühümdür və Azərbaycan Prezidenti Rusiyanı gənclərin öz aralarında Asiya və Avropanın, o cümlədən Qafqazın gələcək inkişafını müzakirə edə bilməsi və mədəniyyətlərin kəsişmə nöqtəsini tapmaları üçün rusiyalıların gənclərlə bağlı xüsusi proqramlarda iştirak etməsi məsələsini birlikdə həll etməyə dəvət edib”, -deyə Rusiya Federasiyası Hökumətinin sədr müavini sözlərinə yekun vurub.

1news.az

Paylaş:
391

Son xəbərlər

QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb - FOTO20 / 05 / 2024, 19:42Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir - FOTO - VİDEO20 / 05 / 2024, 19:18Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib20 / 05 / 2024, 18:05“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib20 / 05 / 2024, 17:49“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib, ƏƏSMN-ə yeni səlahiyyət verilib20 / 05 / 2024, 17:45Ağdamda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə20 / 05 / 2024, 17:34Mərkəzi Bank yenilənmiş 1 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb20 / 05 / 2024, 17:25Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb20 / 05 / 2024, 17:04Qarabağ Universitetinin rektoru təyin edilən Şahin Bayramov kimdir? - DOSYE20 / 05 / 2024, 17:01Qarabağ Universitetinə rektor təyin edilib20 / 05 / 2024, 16:56Aksiz markasız külli miqdarda siqaretlər aşkar edilib20 / 05 / 2024, 16:51Lisey və gimnaziyalara qeydiyyat başlayıb20 / 05 / 2024, 16:37Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə edib20 / 05 / 2024, 16:20Direktor müavini: Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar20 / 05 / 2024, 16:12Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEO20 / 05 / 2024, 15:36İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıb20 / 05 / 2024, 15:23Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB20 / 05 / 2024, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilib20 / 05 / 2024, 14:55Xankəndiyə prokuror təyin edilib20 / 05 / 2024, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTO20 / 05 / 2024, 14:51
Bütün xəbərlər