Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin yaradılmasının 25 illiyi qeyd edilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin yaradılmasının 25 illiyi qeyd edilib - FOTO

13:07 - 26 / 10 / 2018
Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin yaradılmasının 25 illiyi qeyd edilib - FOTO

Bakıda Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin yaradılmasının 25 illiyinə həsr olunmuş tədbir keçirilib.

1news.az xəbər verir ki, tədbirdə Azərbaycan Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin, Cəmiyyətin təmsilçiləri iştirak ediblər.

Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev giriş nitqində Cəmiyyətin üzvlərinin mühüm tarix, 25 illik yubiley münasibətilə təbrik edib. O bildirib ki, Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyəti ötən illər ərzində iki ölkə arasındakı münasibətlərin daha da genişlənməsinə mühüm töhfələr verib.

“Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev Azərbaycanla Qazaxıstan arasındakı əlaqələrin inkişafına böyük töhfələr verib. Biz təkcə strateji tərəfdaş yox, həm də dost və qardaş ölkələrik. Heydər Əliyevlə Nursultan Nazarbayev iki ölkə arasındakı əməkdaşlıq əlaqələrinin möhkəm bünövrəsini qoyublar və bu gün Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir”, - deyə diplomat vurğulayıb.

Qazaxıstanla Azərbaycanın enerji, tranzit, logistika, həmçinin sənaye, kənd təsərrüfatı sahələrində, habelə Xəzərlə bağlı yaxından əməkdaşlıq etdiyini diqqətə çatdıran səfir, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin xalqa son müraciəti zamanı logistikanın həm ölkə daxilində inkişaf etdirilməsinin, həm də bu məsələdə Azərbaycanla əməkdaşlığı genişləndirməyin əhəmiyyətinə diqqət çəkdiyini xatırladıb.

Tədbirdə çıxış edən Azərbaycanın Xarici İşlər Nazirliyinin Birinci Asiya İdarəsinin rəis müavini Ayxan Süleymanlı nazir Elmar Məmmədyarovun təbrik məktubunu səsləndirib. Məktubda iki ölkə arasında əsrlərlə dostluq və qarşılıqlı yardım münasibətlərinin olduğu vurğulanır: “Müştərək dəyərlərimiz sayəsində çoxşaxəli əməkdaşlıq əlaqələri qura bilmişik. Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyəti də münasibətlərimizin inkişafına böyük töhfələr verir”.

SOCAR-ın birinci vitse-spikeri Cəmiyyət üzvlərini təbrik edib, Qazaxıstanla Azərbaycanın hər zaman qardaş ölkələr olduğunu deyib. İki dövlətin başçıları arasında çox yaxın münasibətlərin olduğunu vurğulayıb: “Biz hər zaman qardaş ölkələr olmaqda davam edəcəyik”.

Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin prezidenti Eldar Günaydın bildirib ki, qurum 1993-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb.  O, Cəmiyyətin keçdiyi yol barədə qısa məlumat verib.

Daha sonra səfir Beybit İsabayev Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin və “Dostları Klubu”nun bir sıra fəal üzvlərinə iki ölkə arasında əlaqələrin inkişafına verdikləri töhfələrə görə Qazaxıstan Xarici İşlər Nazirliyinin Fəxri qamotaları ilə təltif edib 

Təltif edilənlər arasında Cəmiyytin sədri Yusif Günaydın, Xoşbəxt Yusifzadə, xalq artisti Oqtay Mirqasımov və digərləri olub.

Sonda konsert proqramı təqdim edilib.

P.Sultanova

 

 

Paylaş:
927

Son xəbərlər

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTOBu gün, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edibBu gün, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 17:08Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçiribBu gün, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edibBu gün, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıbBu gün, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilirBu gün, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQBu gün, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransıBu gün, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdürBu gün, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıbBu gün, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTOBu gün, 14:41İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublarBu gün, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edirBu gün, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edibBu gün, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilibBu gün, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilibBu gün, 13:52Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblarBu gün, 13:51
Bütün xəbərlər