Prezident İlham Əliyev çexiyalı həmkarını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev çexiyalı həmkarını təbrik edib

21:29 - 27 / 10 / 2018
Prezident İlham Əliyev çexiyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Çex Respublikasının milli bayramı münasibətilə Prezident Miloş Zemanatəbrik məktubu ünvanlayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, təbrik mətnində deyilir: 

“Hörmətli cənab Prezident,

Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Çexiya əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm”.

President.az

Paylaş:
558

Son xəbərlər

Bütün xəbərlər