Bakıda "Kəşmirin qara günü" qeyd edilib | 1news.az | Xəbərlər
Siyasət

Bakıda "Kəşmirin qara günü" qeyd edilib

12:12 - 27 / 10 / 2018
Bakıda "Kəşmirin qara günü" qeyd edilib

Bu gün Bakıda 27 oktyabr "Kəşmirin qara günü"nə həsr edilmiş tədbir keçirilib.

1news.az xəbər verir ki, Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand əvvəlcə Pakistan prezidentinin və baş nazirinin bu gün münasibətilə müraciətlərini səsləndirib.

Said Xan Mohmand bildirib ki, 27 oktyabr 1947-ci il insanlıq tarixinin ən qara günlərindən biridir. Belə ki, düz 71 il əvvəl məhz bu gün Hindistan ordusu Cammu və Kəşmirə daxil olaraq bu regionu işğal edib. Səfir bildirib ki, BMT Təhülkəsizlik Şurasının qətnamələrinə baxmayaraq, Hindistan ordusu regionu tərk etmir.

Səfir deyib ki, Azərbaycan bu məsələdə hər zaman Pakistana dəstək verib. Eyni zamanda Pakistan da Qarabağ münaqişəsində hər zaman Azərbaycanın yanında olub: "Dağlıq Qarabağ da Hindistan qoşunlarının Kəşmiri işğal etdikləri kimi Ermənistan tərəfindən işğal olunub. Dağlıq Qarabağın işğalı nəticəsində Azərbaycanın bir milyon qaçqını olduğu kimi, Hindistanın işğalı nəticəsində Kəşmir bölgəsindən milyonlarla insan öz doğma torpaqlarından didərgin düşüb”.

Diplomat əlavə edib ki, Hindistan BMT Təhlükəsuzlik Şurasının qətnamələrinə hörmətlə yanaşmalı və onların həyata keçirilməsinə öz töhfəsini verməlidir. Pakistan Cammu və Kəşmir vilayətlərinin öz müqəddaratını təyin edənədək bu regiona yardım edəcək".

P.Sultanova

Paylaş:
489

Son xəbərlər

Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:00QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb - FOTO20 / 05 / 2024, 19:42Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir - FOTO - VİDEO20 / 05 / 2024, 19:18Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib20 / 05 / 2024, 18:05“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib20 / 05 / 2024, 17:49“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib, ƏƏSMN-ə yeni səlahiyyət verilib20 / 05 / 2024, 17:45Ağdamda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə20 / 05 / 2024, 17:34Mərkəzi Bank yenilənmiş 1 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb20 / 05 / 2024, 17:25Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb20 / 05 / 2024, 17:04Qarabağ Universitetinin rektoru təyin edilən Şahin Bayramov kimdir? - DOSYE20 / 05 / 2024, 17:01Qarabağ Universitetinə rektor təyin edilib20 / 05 / 2024, 16:56Aksiz markasız külli miqdarda siqaretlər aşkar edilib20 / 05 / 2024, 16:51Lisey və gimnaziyalara qeydiyyat başlayıb20 / 05 / 2024, 16:37Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə edib20 / 05 / 2024, 16:20Direktor müavini: Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar20 / 05 / 2024, 16:12Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEO20 / 05 / 2024, 15:36İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıb20 / 05 / 2024, 15:23Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB20 / 05 / 2024, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilib20 / 05 / 2024, 14:55Xankəndiyə prokuror təyin edilib20 / 05 / 2024, 14:52
Bütün xəbərlər