Həmsədrlərin regiona səfəri başlayıb | 1news.az | Xəbərlər
Siyasət

Həmsədrlərin regiona səfəri başlayıb

17:27 - 29 / 10 / 2018
Həmsədrlərin regiona səfəri başlayıb

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa),  Endryu Şofer (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik İrəvanda səfərdədir.

1news.az “Armenpress”ə istinadla xəbər verir ki, vasitəçilər xarici işlər naziri vəzifəsini icra edən Zoqrab Mnatsakanyanla görüşüblər. Onlar, həmçinin müdafiə nazirinin səlahiyyətini icra edən David Tonoyanla da fikir mübadiləsi aparıblar.  

Həmsədrlər İrəvandan sonra Dağlıq Qarabağa, ardınca Bakıya səfər edəcəklər.

1news.az

Paylaş:
378

Son xəbərlər

Bütün xəbərlər