XİN: İndoneziyada qəzaya uğramış təyyarənin göyərtəsində Azərbaycan vətəndaşı olmayıb | 1news.az | Xəbərlər
Siyasət

XİN: İndoneziyada qəzaya uğramış təyyarənin göyərtəsində Azərbaycan vətəndaşı olmayıb

10:45 - 29 / 10 / 2018
XİN: İndoneziyada qəzaya uğramış təyyarənin göyərtəsində Azərbaycan vətəndaşı olmayıb

İndoneziyada qəzaya uğramış "Boeing 737" sərnişin təyyarəsinin göyərtəsində Azərbaycan vətəndaşı olmayıb.

Bu barədə 1news.az Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Xatırladaq ki, təyyarə Yava adasının qərb sahillərində qəzaya uğrayıb. Layner Cakarta aeroportundan havaya qalxandan təqribən 10 dəqiqə sonra radardan itib.

Hava gəmisinin məxsus olduğu "Lion Air" aviaşirkətinin məlumatına əsasən, göyərtədə 181 sərnişin, iki pilot və 6 ekipaj üzvü olub.

Hazırda axtarış işləri davam etdirilir.

1news.az

 

Paylaş:
319

Son xəbərlər

Bütün xəbərlər