Prezident İlham Əliyev Donald Trampa başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Donald Trampa başsağlığı verib

12:18 - 29 / 10 / 2018
Prezident İlham Əliyev Donald Trampa başsağlığı verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı məktubu göndərib.

Başsağlığında deyilir: "Hörmətli cənab Prezident,

Pittsburq şəhərində sinaqoqa silahlı hücum nəticəsində insan tələfatı barədə xəbər məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

1news.az

 

Paylaş:
378

Son xəbərlər

Bütün xəbərlər