Məmmədyarov Zəriflə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Məmmədyarov Zəriflə görüşüb

13:05 - 30 / 10 / 2018
Məmmədyarov Zəriflə görüşüb

Nazir Elmar Məmmədyarov İstanbulda keçirilən Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin VI üçtərəfli görüşü çərçivəsində İranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşüb.

1news.az XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, nazirlər iki dövlət arasında ümumi tarixi, dini, mədəni əlaqələrə əsaslanan dostluq və mehriban qonşuluq münasibətlərinin ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələləri üzrə fikir mübadiləsi apardılar.

Tərəflər bölgədə sülh və təhlükəsizliyin gücləndirilməsinin əhəmiyyətini qeyd etdilər və bu xüsusda suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət, habelə bütün mübahisələrin sülh yolu ilə həlli və daxili məsələlərə qarışmamaq kimi beynəlxalq hüququn prinsipləri üzrə öhdəliklərini vurğuladılar.

Nazirlər bölgədə həyata keçirilən nəqliyyat infrastrukturu və tranzit layihələrinin əhəmiyyətini ön plana çəkərək, Bakı-Tbilisi-Qars dəmir yolunun açdığı imkanlardan tam istifadə edilməsinin və Rəşt-Astara dəmir yolunun tikintisinin ən qısa müddətdə tamamlanmasının vacibliyini qeyd etdilər. Həmçinin limanların imkanlarndan tam şəkildə istifadə edilməsinin əhəmiyyəti vurğulandı.

Görüşdə, həmçinin tərəflər arasında elm və texnologiya, təhsil, mədəniyyət, turizm, səhiyyə və digər sahələrdə əməkdaşlıq imkanları barəsində müzakirələr aparıldı.

1news.az 

 

 

 

 

Paylaş:
359

Son xəbərlər

Belarus Prezidentinin ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdirBu gün, 21:16Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTOBu gün, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edibBu gün, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 17:08Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçiribBu gün, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edibBu gün, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıbBu gün, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilirBu gün, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQBu gün, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransıBu gün, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdürBu gün, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıbBu gün, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTOBu gün, 14:41İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublarBu gün, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edirBu gün, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edibBu gün, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilibBu gün, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilibBu gün, 13:52
Bütün xəbərlər