DTX “saxta təhlükəsizlik orqanı rəsmisi”ni saxladı - FOTO | 1news.az | Xəbərlər
Siyasət

DTX “saxta təhlükəsizlik orqanı rəsmisi”ni saxladı - FOTO

13:27 - 30 / 10 / 2018
DTX “saxta təhlükəsizlik orqanı rəsmisi”ni saxladı - FOTO

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalarla Azərbaycan Respublikasının vətəndaşı Həşimov Rzamin Rza oğlunun özünü dövlət təhlükəsizliyi orqanlarının vəzifəli şəxsi kimi təqdim edərək əlaqəsində olan şəxslərlə birlikdə Fətəliyev Hacı Fətəli oğlu, Əmənov Faiq Mətləb oğlu və digər vətəndaşların maddi vəsaitlərinin ələ keçirilməsi istiqamətində cinayət əməlləri törətməsi müəyyən edilmişdir. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə Rzamin Həşimovun qeyd olunan əməlləri müfəssəl qeydə alınıb.

1news.az-a DTX-nın ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Rzamin Həşimov həmin cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilmişdır. O, saxlanılarkən üzərində xüsusi vasitə olan əl qandalı daşıdığı müəyyən edilib.

Məlum olub ki, Rzamin Həşimov əvvəllər də özünü vəzifəli şəxs kimi təqdim edərək törətdiyi cinayət əməllərinə görə 29 yanvar 2008-ci il və 13 fevral 2013-cü il tarixli məhkəmə hökmləri ilə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunmuşdur.

Faktla bağlı aparılan cinayət işi üzrə məhkəmənin 29 oktyabr 2018-ci il tarixli qərarı ilə Rzamin Həşimovun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq araşdırmaları davam edir.

1news.az

Paylaş:
531

Son xəbərlər

QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb - FOTO20 / 05 / 2024, 19:42Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir - FOTO - VİDEO20 / 05 / 2024, 19:18Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib20 / 05 / 2024, 18:05“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib20 / 05 / 2024, 17:49“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib, ƏƏSMN-ə yeni səlahiyyət verilib20 / 05 / 2024, 17:45Ağdamda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə20 / 05 / 2024, 17:34Mərkəzi Bank yenilənmiş 1 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb20 / 05 / 2024, 17:25Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb20 / 05 / 2024, 17:04Qarabağ Universitetinin rektoru təyin edilən Şahin Bayramov kimdir? - DOSYE20 / 05 / 2024, 17:01Qarabağ Universitetinə rektor təyin edilib20 / 05 / 2024, 16:56Aksiz markasız külli miqdarda siqaretlər aşkar edilib20 / 05 / 2024, 16:51Lisey və gimnaziyalara qeydiyyat başlayıb20 / 05 / 2024, 16:37Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə edib20 / 05 / 2024, 16:20Direktor müavini: Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar20 / 05 / 2024, 16:12Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEO20 / 05 / 2024, 15:36İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıb20 / 05 / 2024, 15:23Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB20 / 05 / 2024, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilib20 / 05 / 2024, 14:55Xankəndiyə prokuror təyin edilib20 / 05 / 2024, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTO20 / 05 / 2024, 14:51
Bütün xəbərlər