İlham Əliyev Türkmənistan Nazirlər Kabineti sədrinin müavinini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Türkmənistan Nazirlər Kabineti sədrinin müavinini qəbul edib - YENİLƏNİB

15:33 - 30 / 10 / 2018
İlham Əliyev Türkmənistan Nazirlər Kabineti sədrinin müavinini qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 30-da Türkmənistan Respublikası Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevi qəbul edib.

1news.az xəbər verir ki, Prezident İlham Əliyev qeyd etdi ki, dövlət başçılarının qarşılıqlı səfərləri, eləcə də beynəlxalq tədbirlər çərçivəsində mütəmadi görüşləri ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynayır. Dövlətimizin başçısı, eyni zamanda, bildirdi ki, müvafiq strukturların rəhbərlərinin görüşləri də əməkdaşlığımızın genişləndirilməsi işinə öz töhfəsini verir. Prezident İlham Əliyev bu yaxınlarda Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovun ölkəmizə səfəri zamanı ikitərəfli münasibətlərimizin müxtəlif aspektlərinin müzakirə edildiyini dedi. Dövlətimizin başçısı Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevın böyük nümayəndə heyəti ilə ölkəmizə səfərindən məmnunluğunu ifadə etdi, bu səfərin dostluq və qardaşlıq əlaqələrimizin möhkəmlənməsi, əməkdaşlığımızın daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirdi.

Məmmetxan Çakıyev, ilk növbədə, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırdı. O, hökumətlərarası səviyyədə birgə fəaliyyətin həyata keçirilməsi üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Görüşdə ölkələrimizin əlverişli coğrafi mövqedə yerləşməsinin önəmi qeyd olundu, həm Azərbaycanda, həm də Türkmənistanda ən müasir nəqliyyat infrastrukturunun yaradıldığı vurğulanaraq nəqliyyat, tranzit, logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu bildirildi, ölkələrimizin ixracat imkanları və tranzit yüklərin daşınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Türkmənistan Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qurbanqulu Berdiməhəmmədova çatdırmağı xahiş etdi.

12:08

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 30-da Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevi qəbul edib.

1news.az bu barədə dövlət başçısının saytına istinadla xəbər verir. 

1news.az

Paylaş:
374

Son xəbərlər

Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçiribBu gün, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edibBu gün, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıbBu gün, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilirBu gün, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQBu gün, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransıBu gün, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdürBu gün, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıbBu gün, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTOBu gün, 14:41İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublarBu gün, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edirBu gün, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edibBu gün, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilibBu gün, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilibBu gün, 13:52Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblarBu gün, 13:51İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblərBu gün, 13:49Audiovizual Şuranın, MEDİA Agentliyinin və AzərTAC-ın rəhbərləri Mərakeş Krallığında işgüzar səfərdədir - FOTOBu gün, 13:42“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!Bu gün, 12:55
Bütün xəbərlər