ATƏT cəbhə xəttində monitorinq keçirib

ATƏT-in bu gün cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb.
Bu barədə 1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirib.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçisi Gennadi Petrika, ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və onun şəxsi köməkçisi Küanti de Rankur, eləcə də Endryu Şofer və onun şəxsi köməkçisi Devid Börnşteyn keçiriblər.
Babək Cahandarov