Toivo Klaar gələn həftə Azərbaycana səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Toivo Klaar gələn həftə Azərbaycana səfər edəcək

09:43 - 01 / 11 / 2018
Toivo Klaar gələn həftə Azərbaycana səfər edəcək

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar gələn həftə Azərbaycana səfər edəcək.

Bu barədə 1news.az-a Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas məlumat verib.

Onun sözlərinə görə, Klaar 7-8 noyabr tarixlərində Bakıda olacaq. Səfər zamanı ölkə rəsmiləri ilə keçiriləcək görüşlərdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, Aİ nümayəndəsinin Bakıya sonuncu səfəri cari ilin iyul ayında olub.

P.Sultanova

Paylaş:
1025

Son xəbərlər

Bütün xəbərlər