Həmsədr: Qarabağda vəziyyət sabitləşib | 1news.az | Xəbərlər
Siyasət

Həmsədr: Qarabağda vəziyyət sabitləşib

15:26 - 02 / 11 / 2018
Həmsədr: Qarabağda vəziyyət sabitləşib

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət az-çox sabitləşib.

1news.az xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.

O, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı Azərbaycan və Ermənistan rəhbərliyi ilə bir sıra görüşlər keçirdiyini vurğulayıb. Qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər diqqət mərkəzindədir:

" Həmçinin, iki ölkənin liderləri arasında Düşənbədə baş tutan danışıqları, əldə edilmiş və hazırda həyata keçirilən razılaşmaları müzakirə etdik. Yerevanla Bakı arasında yaradılan kommunikasiya xəttindən danışdıq".

1news.az

Paylaş:
569

Son xəbərlər

Bütün xəbərlər