Bərk məişət tullantıları ilə bağlı Milli Strategiya təsdiq edildi – SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Bərk məişət tullantıları ilə bağlı Milli Strategiya təsdiq edildi – SƏRƏNCAM

19:14 - 01 / 11 / 2018
Bərk məişət tullantıları ilə bağlı Milli Strategiya təsdiq edildi – SƏRƏNCAM

İlham Əliyev “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alıram:

  1. “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Milli Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi müəyyən edilsin.
  3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
  4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”.

1news.az

Paylaş:
516

Son xəbərlər

Bütün xəbərlər