Meyvezer MMA-də ilk döyüşünə çıxır | 1news.az | Xəbərlər
İdman

Meyvezer MMA-də ilk döyüşünə çıxır

10:01 - 05 / 11 / 2018
Meyvezer MMA-də ilk döyüşünə çıxır

Amerikalı boksçu Floyd Meyvezer dekabrın 31-i Yaponiyanın Tokio şəhərində "Rizin" təşkilatı çərçivəsində MMA qarışıq döyüş növü qaydaları ilə ilk döyüşünü keçirəcək.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə "Rizin"in xüsusi mətbuat konfransında bildirilib.

İlk döyüşdə Floyd Meyvezerin rəqibi yaponiyalı kikboksçu Tensin Naçukava olacaq. 20 yaşlı T.Naçukava MMA-də 4 döyüş keçirib və hamısında qələbə qazanıb.

1news.az

Paylaş:
867

Son xəbərlər

Bütün xəbərlər