Prezident Bakı Metropoliteninin bir qrup işçisini təltif edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Bakı Metropoliteninin bir qrup işçisini təltif edib

17:30 - 08 / 11 / 2018
Prezident Bakı Metropoliteninin bir qrup işçisini təltif edib

Noyabrın 8-də Prezident İlham Əliyev Bakı Metropoliteninin bir qrup işçisini təltif edib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Prezidentin imzaladığı Sərəncama əsasən Bakı Metropoliteninin tikintisində və istismarında səmərəli fəaliyyətinə görə 5 nəfər “Tərəqqi” medalı ilə təltif edilib.

Prezidentin digər Sərəncamları ilə Bakı Metropoliteninin tikintisində xidmətlərinə görə Məzahir Əbilşah oğlu Nəbiyevə “Əməkdar mühəndis” fəxri adı, Şaiq Veyis oğlu Eyubova isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

1news.az

Paylaş:
380

Son xəbərlər

Bütün xəbərlər