XİN: Azərbaycan İsveçdəki səfirliyini bağlamaq niyyətində deyil | 1news.az | Xəbərlər
Siyasət

XİN: Azərbaycan İsveçdəki səfirliyini bağlamaq niyyətində deyil

16:42 - 10 / 11 / 2018
XİN: Azərbaycan İsveçdəki səfirliyini bağlamaq niyyətində deyil

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva KİV-ə açıqlamasında Azərbaycanın İsveçdəki səfirliyini bağlayacağına dair məlumata münasibət bildirib.

Azərbaycanın hər hansı bir yerdə, o cümlədən Stokholmdakı səfirliyini bağlamaq niyyətində olmadığını bildirən Leyla Abdullayeva deyib: “Bir kərə yüksələn bayraq, bir daha enməz” prinsipi suveren və müstəqil dövlətlər üçün mühüm əhəmiyyət kəsb edir. Əksinə, Azərbaycanın həyata keçirdiyi çox fəal xarici siyasəti və beynəlxalq birlik tərəfindən artan hörmətini nəzərə alaraq xaricdəki nümayəndəliklərimizin sayını daha da artırmaq niyyətindəyik”.

AZƏRTAC

Paylaş:
367

Son xəbərlər

Bütün xəbərlər