Sarkisyan uzun fasilədən sonra Qarabağdan danışdı | 1news.az | Xəbərlər
Siyasət

Sarkisyan uzun fasilədən sonra Qarabağdan danışdı

15:08 - 13 / 11 / 2018
Sarkisyan uzun fasilədən sonra Qarabağdan danışdı

Ermənistanın sabiq prezidenti, Respublika Partiyasının sədri Serj Sarkisyan partiyanın şurasının iclasında çıxış edib.

1news.az xəbər verir ki, bu barədə “Qraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, Sarkisyanın çıxışının əsas tezisləri partiyanın saxta müxalifət olmadığı, məqsədinin hakimiyyətin hər hansı bir bəyanatına qarşı çıxmaq olduğu təşkil edib: 

"Əgər hakimiyyət ölkənin xeyrinə hər hansı addım atacaqsa, biz onları birmənalı şəkildə dəstəkləyəcəyik, əksinə olsa, daşı daş üstündə qoymayacağıq”.

Erməni mətbuatı Sarkisyanın bu fikri əsasən Qarabağ problemi ilə bağlı səsləndirdiyini yazıb. Sarkisyan deyib ki, bu məsələdə güzəştə getməyəcəklər və sona qədər mübarizə aparacaqlar.

Məlumatda o da vurğulanıb ki, bunun ən yaxşı şahidi Qarabağ üzrə xüsusi səfir olmuş David Şahnazaryanın partiyanın proporsionla siyahısında olmasıdır. Onun siyahıda  ikinci yeri tutacağı bildirilir.

P.Sultanova

Paylaş:
456

Son xəbərlər

Bütün xəbərlər