Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

10:46 - 13 / 11 / 2018
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

ATƏT sabah Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqini keçirəcək.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 14-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Aleksandr Nepokrıtıx keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, onun səhra köməkçiləri Genadi Petrika, Oqnyen Yoviç və YSPQ-nin rəhbəri polkovnik-leytenant Harri Okoner keçirəcəklər.

Babək Cahandarov

Paylaş:
275

Son xəbərlər

Bütün xəbərlər