Malayziya Azərbaycana yeni səfir təyin edib | 1news.az | Xəbərlər
Siyasət

Malayziya Azərbaycana yeni səfir təyin edib

11:16 - 13 / 11 / 2018
Malayziya Azərbaycana yeni səfir təyin edib

Malayziya Azərbaycana yeni səfir təyin edib.

1news.az xəbər verir ki,  yeni səfir Yubazlan Yusuf 1972-ci təvəllüdlüdür. O, 1996-cı ildən Malayziyanın Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Ölkəsinin Peruda, Serbiyadakı səfirliklərində işləyib. 

Azərbaycana səfir vəzifəsinə təyinat alana kimi isə, 2016-cı ildən etibarən Dubayda ölkəsinin baş konsulu olub.

Yeni səfir malay, ingilis, ispan, ərəb, yapon və alman dillərini bilir. 

Y. Yusuf  bu vəzifədə diplomatik missiyası cari ilin avqustunda başa çatmış Roslan Tan Sri Abdul Rəhmanı əvəz edəcək.

P.Sultanova

 

Paylaş:
878

Son xəbərlər

Bütün xəbərlər