XİN: Məmmədyarovla Mnatsakanyan Milanda görüşə bilər | 1news.az | Xəbərlər
Siyasət

XİN: Məmmədyarovla Mnatsakanyan Milanda görüşə bilər

12:03 - 13 / 11 / 2018
XİN: Məmmədyarovla Mnatsakanyan Milanda görüşə bilər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zoqrab Mnatsakanyanın növbəti görüşünün gələn ayın əvvəlində Milanda keçirilməsi istisna edilmir.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistan XİN-i mətbuat katibi Anna Naqdalyan deyib.

Onun sözlərinə görə, Mnatsakanyan 6-7 dekabr tarixlərində İtaliyanın Milan şəhərində keçiriləcək ATƏT nazirlər şursının iclasında iştirak edəcək:

"Mnatsakanyan və Məmmədyarovun Milanda görüşünə dair təklif ATƏT-in Minsk qrupu həmsədrləru tərəfindən irəli sürülüb. Görüş imkanı dəqiqləşdirildikdə, bu barədə məlumat veriləcək”.

P.Sultanova

Paylaş:
516

Son xəbərlər

Bütün xəbərlər