XİN-dən Məmmədyarov və Mnatsakanyan görüşü barədə açıqlama | 1news.az | Xəbərlər
Siyasət

XİN-dən Məmmədyarov və Mnatsakanyan görüşü barədə açıqlama

11:20 - 14 / 11 / 2018
XİN-dən Məmmədyarov və Mnatsakanyan görüşü barədə açıqlama

Rəsmi Bakı Ermənistan xarici işlər naziri ilə nəinki beynəlxalq tədbir çərçivəsində, həm də kənar formatda substantiv və nəticəyə yönəlik danışıqlar üçün görüşməyə razı olduğunu hər zaman bildirib.

1news.az xəbər verir ki, bu barədə azərbaycan XİN-in mətbuat xidmətinin açıqlamasında deyilir.

XİN-dən bildirilib: “ATƏT-in Minsk qrupunun həmsədrləri bu görüşlərin təşkili istiqamətində müvafiq iş aparırlar. Azərbaycan tərəfi həmsədrlərin sülh danışıqlarını irəli aparmaq və Ermənistanı danışıqlarda konstruktiv mövqeyə gətirmək təklifini dəstəkləyir”.

Qeyd edək ki, dünən Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan verdiyi açıqlamada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu ilin dekabr ayında Milanda keçiriləcək ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində görüş imkanını istisna etməyib.  

P.Sultanova

Paylaş:
613

Son xəbərlər

Bütün xəbərlər