Separatçılar Azərbaycanın işğal olunmuş ərazilərində yeni su kanalı tikəcək | 1news.az | Xəbərlər
Siyasət

Separatçılar Azərbaycanın işğal olunmuş ərazilərində yeni su kanalı tikəcək

11:48 - 15 / 11 / 2018
Separatçılar Azərbaycanın işğal olunmuş ərazilərində yeni su kanalı tikəcək

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejim xarici investisiyaların cəlb edilməsi ilə tikintisi bir neçə il davam edəcək yeni su kanalı inşa etmək niyyətindədir.

1news.az-ın erməni mətbuatına istinadla verdiyi xəbərə görə,  kanal su anbarından suyun ötürülməsinə elə şəkildə imkan verəcək, kaskad qurğu vasitəsilə əkin sahələrini sulamaq mümkün olacaq. Üç yeni su anbarı qurulacaq ki, bununla da 10 min hektardan çox torpaq sulanacaq.

Bununla yanaşı, yeni elektrik enerjisi stansiyası da tikiləcək ki, bu da gələcəkdə elektrik enerjisi ixrac etməyə imkan verəcək.

Azərbaycan torpaqlarının 20 faizi, Dağlıq Qarabağ və ona bitişik yeddi rayon hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxmasına dair 4 qətnaməsini Yerevan hələ də yerinə yetirməyib.

P.Sultanova

Paylaş:
473

Son xəbərlər

Bütün xəbərlər