Yığmamız dünya çempionatında 5-ci yeri tutdu | 1news.az | Xəbərlər
İdman

Yığmamız dünya çempionatında 5-ci yeri tutdu

12:35 - 15 / 11 / 2018
Yığmamız dünya çempionatında 5-ci yeri tutdu

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından 1news.az-a verilən məlumata görə, mundiala 7 pəhləvanla yollanan yığmamız 71 xalla komanda hesabında ilk “5-liy”i qapayıb. Millimiz yalnız Gürcüstan (126), Rusiya (101), Türkiyə (87) və Yaponiyadan (80) geri qalıb.

Xatırladaq ki, Buxarestdə Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) gümüş, İslam Abbasov (87 kq) isə bürünc medal qazanıb.

1news.az

Paylaş:
559

Son xəbərlər

Bütün xəbərlər