İlham Əliyev Sumqayıt şəhərinə səfər edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Sumqayıt şəhərinə səfər edib

14:35 - 16 / 11 / 2018
İlham Əliyev Sumqayıt şəhərinə səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt şəhərinə səfərə gəlib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdə görülən işlər haqqında dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

S.Xankişiyeva

 

 

Paylaş:
434

Son xəbərlər

Bütün xəbərlər