Aİ-Azərbaycan danışıqlarının DƏQİQ tarixi açıqlanıb | 1news.az | Xəbərlər
Siyasət

Aİ-Azərbaycan danışıqlarının DƏQİQ tarixi açıqlanıb

09:22 - 19 / 11 / 2018
Aİ-Azərbaycan danışıqlarının DƏQİQ tarixi açıqlanıb

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqların növbəti mərhələsi dekabrın 4-6-da keçiriləcək. 

Bu barədə 1news.az-a  Aİ-nin Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskak məlumat verib.

Onun sözlərinə görə, danışıqlar Bakıda keçiriləcək.

Xatırladaq ki, yeni saziş üzrə sonuncu müzakirələr bu il 2-3 oktyabr tarixlərində Brüsseldə baş tutub. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev rəhbərlik edib.

P.Sultanova

Paylaş:
698

Son xəbərlər

Bütün xəbərlər