Səfir: Dağlıq Qarabağa dair mövqeyimizlə fəxr edirik | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Dağlıq Qarabağa dair mövqeyimizlə fəxr edirik

11:53 - 19 / 11 / 2018
Səfir: Dağlıq Qarabağa dair mövqeyimizlə fəxr edirik

Portqaliyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi aydındır.

Bunu 1news.az-a müsahibəsində Portuqaliyanın  Azərbaycandakı müvəqqəti işlər vəkili Jorge Qabriel Silva da Fonseka  deyib.

O bildirib: “Biz öz mövqeyimizi 1996-cı ildən bəyan etmişik. Əgər əvvəlki illərə qayıdıb, xatırlasanız, Portuqaliya, həmçinin beynəlxalq təşkilatlar həmin tarixdə, Lissabon sammitində Dağlıq Qarabağı rəsmən Azərbaycanın ərazisinin bir hissəsi kimi tanıyıb. Biz, bununla fəxr edirik. O vaxtdan bu yana mövqeyimiz dəyişmədən, olduğu kimi qalır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik".

Ümid edirik ki, münaqişə sülh yolu ilə həllini taplacaq. Bu, çox vacibdir”.

Qeyd edək ki, 1996-cı il dekabrın 2-4-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində ATƏT-in növbəti zirvə toplantısı keçirilib.

Belə ki, Ermənistan istisna olmaqla, ATƏT-in üzvü olan 53 Avropa ölkəsi Dağlıq Qarabağ probleminin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəkləyiblər. Bu prinsiplər aşağıdakılardır:

Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi bütövlüyü, Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət statusunun verilməsi, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi.

P.Sultanova

Paylaş:
594

Son xəbərlər

Bütün xəbərlər