Millimizi Kosovada bir azarkeş qarşıladı - VİDEO | 1news.az | Xəbərlər
Futbol

Millimizi Kosovada bir azarkeş qarşıladı - VİDEO

12:40 - 19 / 11 / 2018
Millimizi Kosovada bir azarkeş qarşıladı - VİDEO

Futbol millimiz UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununu keçirmək üçün Kosovonun paytaxtı Priştinaya səfər edib.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, artıq millimiz Azərbaycanın hələ də müstəqilliyini tanımadığı bu ölkədədir. 

Komandamızı həmişə milli və klublarımızın beynəlxalq oyunlarında görməyə adət etdiyimiz Şamil Mustafayev adlı azarkeş qarşılayıb. O, millimiz üçün mahnı səsləndirib, onları qələbəyə kökləyib.

Qeyd edək ki, millimiz sabah Bakı vaxtı ilə saat 23:45-də Kosovo komandası ilə qrup lideri olmaq üçün həlledici görüşə çıxacaq.

1news.az

Paylaş:
658

Son xəbərlər

Bütün xəbərlər