Millimiz Kosovoya məğlub oldu, daha 4 komanda pley-offa vəsiqə qazandı | 1news.az | Xəbərlər
Futbol

Millimiz Kosovoya məğlub oldu, daha 4 komanda pley-offa vəsiqə qazandı

09:36 - 21 / 11 / 2018
Millimiz Kosovoya məğlub oldu, daha 4 komanda pley-offa vəsiqə qazandı

UEFA Millətlər Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulub.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, qrup mərhələsinin son oyun günündə ümumilikdə yeddi görüş keçirilib. Bu nəticələrdə sonra növbəti mərhələyə yüksələn sonuncu 4 komanda müəyyənləşib.

Azərbaycan yığması da UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sonuncu oyununu keçirib. D liqasında 3-cü qrupunda yer alan millimiz səfərdə Kosovo yığması ilə qarşılaşıb və 0:4 hesabı ilə məğlub olub. Yığma komandamızın qapısından qolları Zeneli (het-trik) və Rrahmani keçiriblər.

Azərbaycan millisinin heyətində meydana Səlahət Ağayev, Pavel Paşayev, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev, Araz Abdullayev, Dmitri Nazarov, Rüfət Dadaşov, Mahir Mədətov, Riçard Almeyda və Təmkin Xəlilzadə çıxıblar.

Kosovo yığmasının start heyətində isə Samir Aykani, Fidan Aliti, Xerolind Şala, Xekuran Kriyeziu, Bersant Celina, Arber Zeneli, Amir Raxmani, Merqrim Voyvoda, Vedat Murici, Leart Pacarada və Edon Jeqrova yer alıblar.

Bu məğlubiyyətdən sonra Azərbaycan millisi 9 xalla qrupda ikinci pilləni tutub. Kosovo yığması isə 14 xal toplayaraq qrupu birinci pillədə tamamlayıb və pley-offa vəsiqə qazanıb.

Qrupun digər oyununda isə Malta Farer adaları ilə 1:1 hesablı sülh bağlayıb.

20 noyabr

UEFA Millətlər Liqası, 6-cı tur

D Liqası

23:45. Kosovo – Azərbaycan - 4:0
Qollar:
 A. Zeneli, 2 (1:0), 50 (2:0), 77 (4:0), A. Rrahmani, 61 (3:0)
Baş hakim: Benua Milyo (Fransa)
Priştina. Fadil Vokrri stadionu

23:45. Malta – Farer adaları - 1:1
Qollar: R. Yensen, 3 (0:1), Korbalan, 4 (1:1)

1.

Kosovo

6

4

2

0

15:2

14

2.

Azərbaycan

6

2

3

1

7:6

9

3.

Farer adaları

6

1

2

3

5:10

5

4.

Malta

6

0

3

3

5:14

3

A Liqasının 3-cü qrupunda keçirilən Portuqaliya-Polşa matçında qalib müəyyənləşməyib – 1:1. Portuqaliya qrupu birinci pillədə başa vuraraq pley-off mərhələsinə yüksəlib, Polşa isə A liqasını tərk edib.

B Liqasının ikinci qrupunda İsveç yığması öz meydanında Rusiya millisini 2:0 hesabı ilə məğlub edərək qrupu birinci pillədə tamamlayıb.

C Liqasında isə üç oyun keçirilib. Birinci qrupda Şotlandiya millisi doğma meydanda İsrail futbolçularını 3:2 hesabı ilə məğlubiyyətə uğradaraq növbəti mərhələyə vəsiqəni təmin edib.

Serbiya millisi dördüncü qrupu lider kimi tamamlayıb. Son turda Litvaya qalib gələn Serbiya Monteneqro və Rumıniya üçün əlçatmaz olub.

D Liqasının üçüncü qrupunda Malta ilə Farer adaları ilə 1:1 hesablı heç-heçəyə razılaşıblar. Bu qrupdan Kosovo millisi növbəti mərhələyə yüksəlib. Azərbaycan komandası isə ikinci yeri tutub.

20 noyabr

A Liqası

3-cü qrup

23:45. Portuqaliya – Polşa - 1:1
Qollar: A. Silva, 33 (1:0), A. Milik, 66-penalti (1:1)

   

1.

Portuqaliya

4

2

2

0

5:3

8

2.

İtaliya

4

1

2

1

2:2

5

3.

Polşa

4

0

2

2

4:6

2



B Liqası

2-ci qrup

23:45. İsveç – Rusiya - 2:0
Qollar: Lindelöf, 41 (1:0), M. Berq, 72 (2:0)

   

1.

İsveç

4

2

1

1

5:3

7

2.

Rusiya

4

2

1

1

4:3

7

3.

Türkiyə

4

1

0

3

4:7

3



C Liqası

1-ci qrup

23:45. Şotlandiya – İsrail - 3:2
Qollar: B. Kayal, 9 (0:1), C. Forest, 34 (1:1), 43 (2:1), 64 (3:1), E. Zahavi, 75 (3:2)

   

1.

Şotlandiya

4

3

0

1

10:4

9

2.

İsrail

4

2

0

2

6:5

6

3.

Albaniya

4

1

0

3

1:8

3



4-cü qrup

23:45. Monteneqro – Rumıniya - 0:1
Qol: C. Çukudyan, 44

23:45. Serbiya – Litva - 4:1
Qollar: A. Zulpa, 51-avtoqol (1:0), A. Mitroviç, 58 (2:0), D, Petraviçius, 64, (2:1), A. Priyoviç, 71 (3:1), A. Lyayiç, 74 (4:1)

1.

Serbiya

6

4

2

0

11:4

14

2.

Rumıniya

6

3

3

0

8:3

12

3.

Monteneqro

6

2

1

3

7:6

7

4.

Litva

6

0

0

6

3:16

0

1news.az

Paylaş:
804

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRHBu gün, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19
Bütün xəbərlər