XİN: Bu fakt təsdiqini taparsa, Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaq | 1news.az | Xəbərlər
Siyasət

XİN: Bu fakt təsdiqini taparsa, Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaq

13:29 - 22 / 11 / 2018
XİN: Bu fakt təsdiqini taparsa, Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaq

Azərbaycan Xarici İşlər Nazirliyi bu ilin dekabr ayında Tiflisdə təşkil olunacaq Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik iclasına rəsmi Bakının dəvət olunmamasına münasibət açıqlayıb.

1news.az xəbər verir ki, XİN-in mətbuat xidmətindən bu məsələnin Azərbaycannın Avropa İttifaqı yanındakı nümayəndəliyi tərəfindən araşdırıldığı deyilib:

"Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna Azərbaycanın rəsmi nümayəndələrinin dəvət olunmaması faktı öz təsdiqini taparsa, bu, əlbəttə ki, Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaq".

Qeyd edək ki, 10-12 dekabrda Tbilisidə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik iclası keçiriləcək.

1news.az

 

 

 

Paylaş:
385

Son xəbərlər

Bütün xəbərlər