Astanada Beynəlxalq parlament konfransı keçiriləcək

Bu il noyabrın 26-da Astana şəhərində parlament binasında Qazaxıstanın Birinci Prezidenti Günü münasibətilə Beynəlxalq Parlament konfransının keçirilməsini planlaşdılır.
Qazaxıstanın Bakıdakı səfirliyindən 1news.az-a verilən məlumata görə, konfrans "Astana- qlobal inteqrasiya, təhlükəsizlik və sülh mərkəzi" mövzusunda olacaq.
Konfransın gedişində Prezident Nursultan Nazarbayevin Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafı, beynəlxalq təhlükəsizliyin təmin edilməsi və regional münaqişələrin həlli, Qazaxıstanın BMT Təhlükəsizlik Şurasına sədrliyinin prioritetlərinin reallaşdırılması kimi beynəlxalq təşəbbüsləri, həmçinin, ölkədə həyata keçirilən siyasi, iqtisadi islahatlar müzakirə ediləcək.
Konfransın işində xarici və yerli parlamentarilər, politoloqlar, ekspertlər iştirak edəcəklər.
P.Sultanova